📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda avtomobil dərəyə aşıb, ölən var

2026-11-03 22:51:19

Goranboyda avtomobil dərəyə aşıb, ölən var

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.