📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda avtomobil vurdu, Gəncədə xəstəxanada öldü

2024-07-17 21:37:01

Goranboyda avtomobil vurdu, Gəncədə xəstəxanada öldü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.az apa-ya istinadla bildirir ki, hadisə Goranboy-Tərtər-Ağdam avtomobil yolunun rayonun Veyisli kəndindən keçən hissəsində qeydə alınıb. Veysli kənd sakini idarə etdiyi "Ford Fusion" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada; həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu vurub.

Piyada Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün daha sonra o Gəncədə xəstəxanaların birinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 40 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır