📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda həkim dərmandan zəhərləndi

2026-10-11 18:48:32

Goranboyda həkim dərmandan zəhərləndi

Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.

Hurriyyet.net APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, Təranə Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.