📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı

2026-08-02 12:37:11

Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı

Goranboyda qətl hadisəsi baş verib.

Hurriyyet.Media xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü 33 yaşlı Elvin Aslanov öldürülüb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, atası 57 yaşlı Şahin Aslanov saxlanılıb.

İlkin məlumata görə, ata oğlunu bıçaqla qətlə yetirib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.