📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

2026-03-21 15:56:26

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

“Qafqazinfo”nun məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.