📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

2025-03-14 12:36:28

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

Hurriyyet.az xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Report.az