📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda narkokuryer qadın saxlanıldı - Foto

2025-01-04 12:31:47

Goranboyda narkokuryer qadın saxlanıldı - Foto

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən qadın saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, 48 yaşlı İ.Hüseynzadədən 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.