📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Goranboyda xanım sürücünün idarə etdiyi "VAZ" traktorla toqquşdu: bir ailənin 6 üzvü...

2023-07-27 23:25:00

Goranboyda xanım sürücünün idarə etdiyi

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.

Nəticədə minik maşınında olan bir ailənin 6 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri - 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, avtomobilin sürücüsü qadın olub.