Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
2026-04-26 23:17:44
Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.
İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.