Goranboyda yük maşını yandı - Foto
2023-04-07 16:23:00
Goranboyda yük avtomobilində yanğın baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı ATEKO markalı yük avtomobili yanıb.
Əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
qafqazinfo.az