📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Görünür, Putin Priqojini maliyyə fırıldağında da ittiham üçün əsaslar hazırladır" - XAQANİ CƏFƏRLİ

2023-06-28 10:49:00

"O bildirib ki, Priqojinin sahibi olduğu "Concord Catering Company"nin dövlətdən aldığı vəsaitlərin necə xərclənməsi yoxlanmalıdır"

"Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşdə "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeniy Priqojinin sahibi olduğu "Concord Catering Company" maliyyə fəaliyyətini təftiş etmək tapşırığını verib. O bildirib ki, 1 ildə 80 milyard rubl (hazırkı məzənnə ilə 1 mlrd. dollar) gəlir əldə edən şirkətin dövlətdən aldığı vəsaitlərin necə xərclənməsi yoxlanmalıdır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur. 

"Concord Catering Company"nin Rusiya ordusunu ərzaq məhsulları və yeməklə təchiz etdiyini deyən politoloqun sözlərinə görə, görünür Putin Priqojini maliyyə fırıldağında da ittiham üçün əsaslar hazırladır: "Qeyd edim ki, "Concord Catering Company" 1995-ci ildə Yevqeni Prigojin tərəfindən yaradılıb və 2009-cu ilə qədər o özü bu şirkətə rəhbərlik edib. 2011-ci ildən indiyə qədər bu şirkətə Yevgeninin anası Violetta Priqojina rəhbərlik edir. Violettanın 83 yaşı var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az