📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Görüş başladı: “Biz Türkiyə-Rusiya münasibətlərini yüksək səviyyəyə çıxarmışıq”

2023-09-04 15:09:13

Görüş başladı: “Biz Türkiyə-Rusiya münasibətlərini yüksək səviyyəyə çıxarmışıq”

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşü artıq başlayıb. Putin Ərdoğanla birlikdə Rusiya-Türkiyə münasibətlərini çox yaxşı, yüksək səviyyəyə çıxardıqlarını söyləyib.

Putin Ərdoğanla görüşündə deyib: “Siz yanğınlarla mübarizəni xatırlatdınız. Demək istəyirəm ki, dəhşətli zəlzələdən sonra da biz Türkiyə xalqına dəstək olmağa, zərərçəkən sadə insanlara köməyə çalışan ilk dövlətlərdən biri olduq. Həmçinin, yanğınla mübarizədə də.

Bütün bunlar sizinlə birlikdə ikimizin Rusiya-Türkiyə münasibətlərini çox yaxşı,yüksək səviyyəyə çıxarmağımızın göstəricisidir və bu, qarşılıqı münasibətlərimizin bütün sahələrində özünü göstərir”.

Hürr Tərcüman