📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gorus-Qafan yolunda son vəziyyət - Video

2021-11-16 00:12:00

Gorus-Qafan yolunda son vəziyyət - Video

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub.

Hurriyyet.az xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır.

Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, gün ərzində təxminən 50-ə yaxın tük avtomobili sərhəddən buraxılır.

Məntəqə yenidən qurulandan sonra və keçid üçün dövlət rüsumu tətbiq ediləndən (noyabrın 10-dan) Ermənistan vətəndaşları olan sürücülər yaxınlaşmayıb. Çünki belə olacağı təqdirdə onların xarici pasportlarına Azərbaycan möhürü vurulmalıdır.

Mediatur çərçivəsində həm də Zəngilan rayonunun Qazançı kəndindəki nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib. Qeyd olunub ki, əgər Ermənistan vətəndaşları həmin məntəqədən keçmək istəməsələr, alternativ yolla istədikləri ünvana 3 saat əlavə vaxt itirməklə gedə biləcəklər.