📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gorus-Qafan yolunun bağlanması Ermənistana mesajdır" - POLİTOLOQ

2021-08-26 11:53:00

"Ötən gün Qubadlı rayonun Ermənistanla sərhəddə iki erməni hərbiçi tərəfindən Azərbaycan sərhədçisinə hücumu və sinəsindən bıçaqla yaralaması göstərir ki, bu ölkəyə qarşı sərt addımlar atılmalıdır. Azərbaycan tərəfi buna qarşı Gorus -Qafan yolunu bağlayıb. Ümumiyyətlə, Qubadlı ərazisindən keçən Gorus-Qafan yolu balanmalıdır. Çünki, Ermənistan tərəfi sərhədlərin delimitasiyasından yayınır və "Zəngəzur"dəhlizinin açılmasına getmir. halbuki, Azərbaycan tərəfi Laçın dəhlizindən və Gorus-Qafan yolunddan ermənilərin istifadəsinə şərait yaradır. Bunun qarşılığında Ermənistan tərəfi heç bir müsbət addım atmyaraq, hərbiçilərimizə qarşı təxribatlara əl atır".

Bunu "Hürriyyət.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullzadə deyib. O, Gorus-Qafan yolunun bağlanmasını Ermənistana mesaj olduğunu vurğulayıb:

"Qeyd edim ki, Qafan-Gorus yolunda Rusiya hərbiçiləri ermənilərin təhlükəsizliyini təmin edir, Buna baxmayaraq Azərbaycan tərəfi bu yolu bağlayıb. Məhz eyni analoji halı Laçın dəhlizində də tətbiq etmək lazımdır. Çünki, bu dəhliz vasitəsilə Ermənistan öz ordusunu və silahları Qarabağa yerləşdirir. Ona görə də Azərbaycan təhlükəsizliyə görə dəhlizi bağlaya bilər.

Gorus-Qafan yolunun bağlanması, Ermənistan mesajdır və belə bir hal sabah Laçın dəhlizində də tətbiq edilə bilər. Rusiyanın Azərbaycana qarşı bununla bağlı hərhansı bir təzyiq edəcəyi nəticəsiz qalacaq. Rusiyada artıq bu prosesdə vəziyyətin gərginləşdyini və maraqlarına zidd olduğunun fərqindədir. Azəraycanla əlaqələri zərbə altına almaq Rusiya üçün regionda mövqelərinin zəifləməsi deməkdir.

Milli Cəbhə partiyası olaraq Qafqan -Gorus yolunun bağlanmasını təqdir edirik. Həmçinin Ermənistan və Rusiyanın təxirbatlraının önlənməsi və təhlükəsizliyimiz üçün belə bir tətbiqin Laçın dəhlizində edilməsini vacib bilirik".

YƏHYA