📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçay İcra Hakimiyyətində yoxlamalara başlanılıb – Vəzifəli şəxslər dindirilir

2022-03-08 15:08:00

Göyçay İcra Hakimiyyətində yoxlamalara başlanılıb – Vəzifəli şəxslər dindirilir

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

APA-nın əldə etdiyi xəbərə görə, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

apa.az