📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda 14 yaşlı qız ərə verilib? - Açıqlama

2022-11-04 15:25:00

Göyçayda 14 yaşlı qız ərə verilib? - Açıqlama

Göyçayda 14 yaşlı qız ərə verilməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, rayonun Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyu keçirilməsi nəzərdə tutulub. Artıq toy üçün hazırlıqlar getdiyini bildirib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb: “Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.(qafqazinfo)