📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda 3 avtomobil toqquşub - Ölən var

2021-11-20 23:38:00

Göyçayda 3 avtomobil toqquşub - Ölən var

Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Xəlitli kəndində "Mercedes" və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. \\Report