📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda cinayət: qonşusunu öldürdü

2023-07-05 13:36:00

Göyçayda cinayət: qonşusunu öldürdü

Göyçayda 34 yaşlı kişi öldürülüb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Şahmar Rəşid oğlu Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Abbas Yasin oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

"Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib", - məlumatda qeyd edilib.

Araşdırma aparılır.