📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

2023-03-30 00:04:00

Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

Göyçay şəhərinin Heydər Əliyev prospektində VAZ-2107 və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış “Hyundai” və VAZ-2104 markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır.

 

 

Report.Az