📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda kafedə iş adamı güllələndi

2022-02-22 23:51:00

Göyçayda kafedə iş adamı güllələndi

Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay rayonunun Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev kafedə şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb. 

Hadisəni törədən Vicay ləqəbli Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin iş adamı olduğu bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: Virtualaz.org