📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçayda motosiklet avtomobilə çırpıldı, yaralı var

2026-09-22 18:39:44

Göyçayda motosiklet avtomobilə çırpıldı, yaralı var

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili motosikletlə toqquşub.

Hadisə nəticəsində motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.