📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Göyçə gölünün yaxınlığında hərbi əməliyyatlar keçiriləcək" - Ara Vardanyan

2023-08-04 19:57:00

Daim təxribatlar törədən, bununla da regionda münaqişənin saxlanılmasında maraqlı olan Ermənistan yeni təxribatlara hazırlaşır. Bunu düşmən ölkənin KİV-nin mövqeyindən açıq – aydın hiss eləmək mümkündür. Bəzi siyasi dairələrin müharibə çağırışları, hakimiyyətin tutduğu qeyri-konstruktiv mövqe də silahlı toqquşmanı qaçılmaz edir. Ötən həftədən Ermənistanın sərhəddə topladığı maşın karvanı və bu hadisəni dünyanın siyasi gündəminə çıxartmaq cəhdi də təxribatdır və gələcək silahlı toqquşmalara zəmin yaradır. Ermənistanda da qarşıdurmanı təxmin edənlər var.

Hurriyyet.Az xəbər verir ki, “Ermənistan” fraksiyasından parlamentdə təmsil olunan Ara Vardanyan bildirib ki, sərhəddə yeni təxribatlar gözlənilir:

“Toqquşmanın sentyabrın sonu – oktyabrın əvvəlində baş vermək ehtimalı var. Sərhədin müxtəlif hissələrində, o cümlədən Cermukda, Vardenisdə, ola bilsin ki, Sevan (Göyçə) yaxınlığında da genişmiqyaslı hərbi əməliyyatlar keçirilə bilər”. \\KONKRET.az