Göyçə planı: Rusiya kater verdi, ABŞ mütəxəssis göndərdi…
2023-12-09 23:57:24
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Göyçə gölündə Su Patrul Xidmətinin yaradılması ilə bağlı açılışda iştirak edib.
Açılış zamanı Su Patrul Xidməti üçün katerləri Rusiya DİN-in göndərdiyi üzə çıxıb. ABŞ Ədliyyə Nazirliyinin İCITAP proqramı çərçivəsində isə amerikalı təlimatçılar Göyçə gölündə patrul xidmətinin zabitlərinə kurslar keçiblər. Modulların hazırlanmasını da ABŞ həyata keçirib.
Avropa Birliyi isə maddi-texniki təminat və maliyyə yardımı ilə məşğul olub.
Xidmət üçün skuterlər, radiorabitə avadanlığı, yolsuzluq avtomobilləri ayrılıb, modul evlərin tikintisi aparılıb. \\Axar.az