📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göydən daş yağdı – nəyin əlamətidir?

2021-12-22 17:24:00

Göydən daş yağdı – nəyin əlamətidir?

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Osmaniye vilayətinin Kadirli rayonunda göydən yumurta böyüklüyündə daş yağıb. Daş yağmuru zamanı evinin damında olan bir qadın qorxduğunu, tələsik nərdivanlara sarı qaçdığını söyləyib.

Kadirlidə 3 gün davam edən yağışların ardından Şəhid Mustafa Yağız məhəlləsinə göydən qara rəngli daş yağıb. Bu zaman evinin damında göyərçinlərə yem verən Zahide Dalkıran deyib: “Günorta idi. Evin damında bəslədiyim göyərçinləri yemləmək üçün dama çıxdım. O əsnada yumurta böyüklüyündə qara rəngli cisimlər düşməyə başladı. Pilləkənlərə doğru qaçdım. Bu qara daşlar yerə düşəndə parçalanırdılar. Qorxdum. Bir müddət sonra dayandı. Dama yağan bu daşları topladım. Nə olduğunu bilmirəm, araşdırılmasını istəyirəm”.

Geologiya mühəndisi Tahsin Öndaş yağışla tağan bu maddənin qara rəngli, qoxusuz, kövrək, daşdan daha çox plastikə bənzər olduğunu söyləyib: “Bəzi plastiklər çox yüksək temperaturda əriyib yenidən donduqda bu formanı ala bilər. Vaxtaşırı baş verən fırtına və ya qasırğa ilə birlikdə yerdən qaldırılan bəzi maddələr lokal şəkildə başqa bölgəyə bu şəkildə yağa bilər. Amma yenə də maddənin laboratoriya şəraitində dərindən araşdırılması lazımdır”.

Hürr Tərcüman