📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğradı

2026-03-23 23:30:13

Göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğradı

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, ölkənin müdafiə naziri Pedro Sançes bu barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib. O, "X" sosial şəbəkəsində yazıb:

"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb".

Qeyd edək ki, hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.