Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi saya OTURDU
2024-10-02 23:51:32
Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var”, – agentliyin həmsöhbəti bildirib.
Məlumata görə, gəmi Rostov-na-Dondan Samsun limanına gedirdi. Gəmini sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.