📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə 40 yaşlı kişi öldürüldü

2026-02-04 16:51:56

Göygöldə 40 yaşlı kişi öldürüldü

Göygöl Rayon Polis Şöbəsinə rayonun Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti  aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Meyitin 1986-cı il təvəllüdlü Sabiq Quliyevə məxsus olduğu müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.