📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə 74 yaşlı kişi aldığı xəsarətdən öldü

2026-04-21 16:31:25

Göygöldə 74 yaşlı kişi aldığı xəsarətdən öldü

Göygöl rayonunda 74 yaşlı kişi yıxılaraq aldığı xəsarətdən ölüb.

Hadisə ötən gün rayonun Yeni Zod kəndində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Köçəri Məmmədov yaşadığı evin həyətində yıxılıb və boyun hissəsini dəmir şiferin kəsməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.