📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə ağır qəza - Xəsarət alanlar var

2026-05-02 20:52:48

Göygöldə ağır qəza - Xəsarət alanlar var

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub.

İlkin məlumata görə, iki maşının toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.