📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ

2026-04-04 18:22:08

Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ

Göygöldə bədbəxt hadisə baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.