📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə son illərin nadir hadisəsi - Suyu buz bağladı

2022-03-24 15:12:00

Göygöldə son illərin nadir hadisəsi - Suyu buz bağladı

“Havaların soyuq keçməsi nəticəsində  Göygölün suyu donaraq buz bağlayıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”.

F.Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: “Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçilərin sayı da artıb”.