📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə su basan ərazilərdə son vəziyyət - Video

2023-08-30 10:22:42

Göygöldə su basan ərazilərdə son vəziyyət - Video

Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində intensiv yağışlarla əlaqədar bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.