📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöldə vəzifəli şəxs qəzada ÖLDÜ

2022-06-27 12:15:00

Göygöldə vəzifəli şəxs qəzada ÖLDÜ

Daxili İşlər Nazirliyi Göygöldə bələdiyyə sədrinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.