📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygölə dolu düşüb - Faktiki hava

2026-09-19 18:51:31

Göygölə dolu düşüb - Faktiki hava

Sentyabrın 19-u saat 16:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naftalan, Tərtər, Oğuz, Mingəçevir, Şəki (Kişçay), Qax (Sarıbaş), Quba, Qusar, Ağdam, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər, Gəncə, Göygöl, Daşkəsən, Şahdağ, Gədəbəydə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Göygöl rayonuna saat 13:05-13:08 radələrində diametri 0.3 mm olan dolu düşüb.