📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gözəl təklif: “Qara cümə” yox, “comərd cümə” adlandıraq”

2021-11-25 17:08:00

Gözəl təklif: “Qara cümə” yox, “comərd cümə” adlandıraq”

Hurriyyet.az Almatı telekanalına istinadən xəbər verir ki, Qazaxıstanın baş müftisi Nauruzbay Hacı Taqanulı insanları kütləvi ticarətə cəlb eləmək üçün marketinq fəndinə əl atan biznesmenlərə üz tutaraq “qara cümə” ifadəsini “səxavətli cümə” (qazax dilində “jomart juma” – “comərd cümə”) ifadəsi ilə əvəz eləməyi təklif edib. O deyib: “Cümə günü bizim dinimizdə və ənənələrimizdə müqəddəs, mübarək hesab edilir.Ona görə də ölkəmizin ticarət mərkəzlərinin sahiblərini və bütün sahibkar vətəndaşlarımızı “qara cümə” ifadəsini “comərd cümə” ifadəsi ilə dəyişməyə çağırmaq istərdim. Bu, əksəriyyəti müsəlmanlardan ibarət olan xalqımıza qarşı hörmət göstərmək demək olardı”.

 

Hürr Tərcüman