Gözəllik mərkəzi işlədənlə obyektin sahibi arasında QALMAQAL - VİDEO
İcarəyə obyekt götürüb işlətdi, 20 min manat maddi ziyana düşdü...
Hurriyyet.info Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın mərkəzində icarədarla obyekt sahibi arasında mübahisəli məsələ yaranıb.
Fərqanə Əliyevanın dediklərinə görə, daha sonra icarədarla aralarında narazılıq yaranıb. Belə ki, obyekti icarəyə verən Toğrul Rzayev müqavilədə ünvanı səhv qeyd edib.
Şikayətçinin sözlərinə görə, obyektdəki bütün kosmetik əşyalar götürülüb, eləcə də ona aid olan bütün avadanlıqlara ziyan vurulub.
Toğrul Rzayevlə də əlaqə saxladıq. O, isə iddialarla razılaşmadı. Bildirdi ki, sözügedən obyekt ailənin yeganə gəlir mənbəyidir. İcarədar Fərqanə Əliyeva aylıq icarə haqqını ödəməkdən imtina edib, müqavilə şərtlərini pozub. 2025-ci ildə iddiaçının ünvanına rəsmi xəbərdarlıq məktubu göndərilib. Hal-hazırda Fərqanə Əliyevanın Toğrul Rzayevə 6200 manat borcu da var. Toğrul Rzayev onu da bildirdi ki, obyektdəki avadanlıqlara heç bir ziyan vurulmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.