📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi

2026-09-22 19:54:44

Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi

Cəlilabadda bədbəxt hadisə baş verib.

Hurriyyet.media  xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndindəki fermada qeydə alınıb.

Belə ki, fermada gözətçi işləyən Goranboy sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb.

Döş boşluğundan yaralanan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.