"Gözlərimizin önündə İkinci Dünya müharibəsi dövründə nasistlərin etdikləri təkrarlanmaqdadır" - ƏLƏSGƏR ƏHMƏDOĞLU
"Beynəlxalq qurumlar, böyük dövlətlər isə bunu önləmək, durdurmaq əvəzinə futbol komandasına azarkeşlik edirmişcəsinə tərəf tutmaqda, yanğına benzin tökməklə məşğuldur"
"Qəzzada xəstəxananın bombalanması və 500-dən çox şəxsin öldürülməsi müharibə cinayətidir. Sivil, məsum, köməksiz insanların üzərinə bomba atmaq insanlığın itirilməsidir. HƏMAS-ın sivil, köməksiz, məsum insanlara namərdcə hücumu nə qədər vəhşicə, alçaqca idi isə İsrailin xəstəxanada, yaşayış massivində silahsız, köməksiz, çarəsiz, məsum insanları qətl etməsi də eyni ölçüdə vəhşilik, alçaqlıqdır". Hurriyyet.az xəbər verir bunu tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu qeyd edib.
Hüquqşünas hesab edir ki, iki toplum bir coğrafiyada bir-birinə bu qədər düşmənçilik etməməlidir: "Birgə, yanaşı sülh içərisində yaşamanın yolu, hakkaniyyətli olmaq, hər iki toplumun suverenliyinə hörmək etmək və düşmənçilikdən əl çəkməklə mümkündür. O coğrafiya hər iki toplumun yaşamına yetəcək qədərdir. Gözlərimizin önündə İkinci Dünya müharibəsi dövründə nasistlərin etdikləri təkrarlanmaqdadır. Beynəlxalq qurumlar, böyük dövlətlər isə bunu önləmək, durdurmaq əvəzinə futbol komandasına azarkeşlik edirmişcəsinə tərəf tutmaqda, yanğına benzin tökməklə məşğuldur. Çox üzücü mənzərədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az