"GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı
"Grand Theft Auto" (GTA) seriyasının yeni oyunu "GTA VI"nın istifadəçiləri oyuna başladıqdan cəmi 15 dəqiqə sonra müxtəlif texniki xətalardan şikayət etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Nəşr istifadəçilərdən birinin sözlərini sitat gətirir: "On beş dəqiqədir oynayıram və artıq bezdirici bir problemlə üzləşmişəm".
Digər bir oyunçu isə personajının qəfəsdə sıxışıb qaldığını bildirib. Başqa bir istifadəçi oyun qəhrəmanının "yerin dibinə" düşdüyü anı əks etdirən video paylaşıb.
Qeyd edək ki, beşinci seriyanın buraxılışından 13 il sonra, noyabrın 19-da "Rockstar Games" şirkəti "GTA VI"nı təqdim edib. Hadisələrin mərkəzində Vays-Siti və Leonid ştatı dayanır. "Metacritic" platformasında təxminən 170 rəy əsasında oyun 100 mümkün baldan 99-nu toplayıb.