📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Güc strukturları Putini "Qazaxıstan ssenarisi" üzrə aradan götürə bilər"

2022-03-28 17:06:00

Vladimir Putin hakimiyyətdən Qazaxıstan ssenarisi üzrə kənarlaşdırıla bilər. Bu barədə YouTube kanalının efirində tanınmış araşdırmaçı jurnalist Xristo Qrozev bəyan edib.

O, güman edir ki, bu etirazları ya prezidentin hərəkətlərindən narazı olan güc strukturları, ya da ordunun Ukraynadakı uğursuzluqlarına görə onları "suç keçisi" edərək istefaya göndərməsi səbəbindən süni surətdə yarada bilər. Qrozev güman edir ki, KİV- lərə məlumatların misli görünməmiş "sızmaları" bəzi güc strukturları ilə Putin arasında olan gizli qarşıdurmanın əlamətləridir.

"Sadə insanlardan fərqli olaraq, onlar Ukraynada hərbi əməliyyatların başlanmasının  əsl mənzərəsini, gerçək səbəblərini və ya səbəblərin olmamasını bilirlər. Onlar Ukraynada heç bir nasizmin olmadığını, Rusiyanın hərbi kontingentinin itkilərinin təxminən 10 min təşkil etdiyini, hərbi qulluqçuların mənəvi düşkünlüyünü, sanksiyalar rejiminin təxmini nəticələrini yaxşı bilir, ona görə də onlar Putinə dəstək verməyəcək", - Qrozev belə deyib.

O, hesab edir ki, güc strukturları Putin rejimi üçün kritik sayda insanların etiraz aksiyalarına çıxmasını gözləyəcək. O, güman edir ki, bu aksiyaların səbəbi, məsələn, ərzaq çatışmazlığı və ya anaların Ukraynada olan oğullarının geri qaytarılması tələbi ola bilər. O, hesab edir ki, etiraz aksiyalarının mümkün səbəblərindən biri də Ukraynada canlı qüvvə çatışmazlığından ümümi səfərbərlik ola bilər.