📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güclü külək Gədəbəy rayonunu işıqsız qoydu

2024-06-20 21:18:16

Güclü külək Gədəbəy rayonunu işıqsız qoydu

Güclü külək Gədəbəy rayonunun əksər hissəsini  işıqsız qoyub.

Bu barədə Qaynarinfo-ya rayon sakinləri məlumat verib.

Bildirilib ki,  rayon mərkəzi də daxil olmaqla əksər kəndlər işıqsız qalıb.

Buna səbəb kimi rayona gedən yüksək gərginlikli elektrik xəttində  və kəndlərə gedən elektrik naqillərində yaranan problem olub.