📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güclü partlayış: 7 sülhməramlı öldü

2021-12-08 21:38:00

Güclü partlayış: 7 sülhməramlı öldü

Malinin mərkəzi hissəsində avtomobil yolunda əldəqayırma bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bu ölkədəki missiyasının yeddi sülhməramlısı həlak olub.

Bu barədə missiyanın tviter səhifəsində məlumat verilib.

Məlumata görə, daha üç nəfər ağır yaralanıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib. \\Oxu24.com