📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü

2026-08-20 11:42:14

Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü

Kolumbiyada 10 avqustda baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Hurriyyet.media  xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində həlak olanların sayı 312-yə çatıb.

4380 nəfərin xəsarət almasına və 290 nəfərin itkin düşməsinə səbəb olan zəlzələdən 15 əyalətdə 294 mindən çox insan və 470 yaşayış məntəqəsi zərər çəkib.