📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gülbahar Eyvazova vəzifəsindən azad edildi

2026-02-04 14:26:19

Gülbahar Eyvazova vəzifəsindən azad edildi

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

Hurriyyet.org İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. 

Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “Tiktok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.