📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güləşçilərimiz Ermənistanda 6 medal qazandı - Fotolar

2026-11-28 14:38:55

Güləşçilərimiz Ermənistanda 6 medal qazandı - Fotolar

Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində keçirilən Avropa çempionatında güləşçilərimiz uğur qazanıb. 

Hurriyyet.net  xəbər verir ki, böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.

Ceyhun İsazadə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) isə gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 6 medalla başa vurublar.