Güləşçilərimizin medallarının sayı açıqlandı
2022-12-29 23:45:00
Azərbaycan güləşçilərinin 2022-ci ildə müxtəlif yaş qrupları üzrə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. İdmançılarımız ümumilikdə 165 medal əldə ediblər.
Bunlardan 63-ü qızıl, 44-ü gümüş, 58-i bürüncdür.