📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güləşçimiz dünya çempionu oldu

2022-10-19 21:59:00

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

72 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib.

Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub. \\Bakupost.az