📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

2023-09-21 21:13:45

Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Hurriyyet.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.