Güləşçimiz İstanbulda bürünc medal qazanıb
2022-02-24 21:50:00
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal görüşünə çıxıb.
63 kq-da mübarizə aparan idmançı qırğızıstanlı Dastan Kadırovla qarşılaşıb.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Məmmədov turnirdə 3-cü yeri tutub.
Qeyd edək ki, 60 kq-da çıxış edən Eldəniz Əzizli isə bürünc medal uğrunda qarşılaşmada hindistanlı Qyanender Qyanenderə uduzub. \\Ölkə.az