Güləşçimiz yerə çırpdığı erməni rəqibi ilə yenidən qarşılaşacaq - VİDEO
2023-04-21 19:08:00
Xorvatiyanın paytaxtı Zaqrebdəki güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) Yakopo Sandrona (İtaliya) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz bu mərhələdə Qraçya Poqosyanla qarşılaşacaq.
Yarımfinal görüşləri 19:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, Taleh Məmmədov 2022-ci ilin sentyabrında Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Qraçya Poqosyana 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanmışdı.
Təmsilçimizin dünya çempionatında bürünc medal əldə etdiyi görüşü təqdim edirik:
Offsideplus.az